
Aqşin Əlizadə Kamera Simfoniyası Vinyl
🎼Milli ruhun modern səsi – Aqşin Əlizadə.
₼60.00
Azərbaycan musiqisində "Babək" baleti ilə inqilab edən görkəmli bəstəkar Aqşin Əlizadənin əsərlərindən ibarət nadir vinil. Bu albomda bəstəkarın məşhur "Kamera simfoniyası", "Kənd süitası" və kamera orkestri üçün miniatürləri yer alıb.
Aqşin Əlizadənin musiqisi öz dərinliyi, fəlsəfi yükü və milliliyi ilə seçilir. Mavi rəngli, bəstəkarın portreti ilə dizayn edilmiş bu üz qabığı kolleksiyanıza həm vizual, həm də mənəvi zənginlik qatacaq.

