
Lütfiyar İmanov – "Opera Ariyaları"
Opera səhnəmizin əzəmətli səsi – Lütfiyar İmanov.
₼90.00
Azərbaycanın "Qızıl Tenoru", səhnəmizin əbədi Koroğlusu Lütfiyar İmanovun ifasında opera ariyaları. Bu nadir vinildə sənətkarın həm milli operalarımızdan (Koroğlu, Sevil, Vaqif, Şahsənəm), həm də dünya klassikasından (Verdi, Puççini, Bize) ifa etdiyi məşhur ariyalar toplanıb.
Lütfiyar İmanovun dramatik və güclü səsi sizi operanın sehirli dünyasına aparacaq. Üz qabığında sənətkarın xarizmatik portreti olan bu plastinka klassik musiqi kolleksiyanızın ən sanballı parçası olacaq.

