Xüsusi vinyl hazırlanması
İstəyə uyğun vinyl hazırlanması
₼210.00
Xüsusi Vinyl Sifarişi Haqqında Məlumat
Melody Baku olaraq Azərbaycanda ilk dəfə fərdi və xüsusi vinyl kəsimi xidmətini təqdim edirik. Hər bir vinyl sifarişi xüsusi yanaşma ilə hazırlanır və yüksək keyfiyyət standartlarına uyğun şəkildə istehsal olunur.
Vinyl kəsimi prosesi pressləmə (pressing) prosesindən fərqlənir. Hər vinyl ayrı-ayrılıqda, xüsusi diqqətlə və yüksək dəqiqlikli almaz iynə (diamond cut) texnologiyası ilə hazırlanır. İstehsal prosesindən əvvəl audio fayllar mastering və səs analizi mərhələsindən keçirilir ki, ən yüksək səs keyfiyyəti təmin olunsun.
Sifarişlər adətən 14 iş gününə qədər hazırlanaraq göstərdiyiniz ünvana göndərilir.
Ödəmə prossesi öncədən tam edilir.Taksit kartları ilə 24 ayadək bölünmə mövcuddur.
Cover dizaynı tamamilə sizə məxsus ola və ya Melody Baku tərəfindən hazırlanmış hazır dizaynlardan seçilə bilər. Məhsulun təhlükəsiz çatdırılması üçün bütün sifarişlər xüsusi paketləmə ilə göndərilir.
Sifarişinizi tamamladıqdan sonra, operativ əlaqə və sifarişin təsdiqlənməsi üçün WhatsApp nömrənizi bizimlə paylaşmağınız xahiş olunur.
Müəllif hüquqlarının qorunması məqsədilə yeni yayımlanmış və ya yenidən yayımlanmış albomların tam şəkildə çoxaldılması və istehsalı həyata keçirilmir.
Sifariş zamanı vinyl üzərində yerləşdiriləcək musiqilərin tracklist-i tam və dəqiq şəkildə təqdim edilməlidir. Tracklist təsdiqləndikdən sonra bütün audio fayllar səs analizi və texniki uyğunluq baxımından yoxlanılır.
Vinylin A və B tərəflərində yerləşdiriləcək musiqilər ayrıca qeyd edilməlidir. Zəhmət olmasa, musiqi fayllarını aşağıdakı formatda adlandırın:
A Side – 01.wav
A Side – 02.wav
B Side – 01.wav
B Side – 02.wav
Bizə musiqi fayllarını MP3 və ya WAV formatında göndərməyiniz xahiş olunur.
Əgər musiqi faylları sizdə mövcud deyilsə, sifarişi tamamladıqdan sonra "Qeyd" bölməsində tracklisti musiqi adları və ya YouTube keçidləri şəklində təqdim edə bilərsiniz.
Nümunə:
A Side:
Mahnı adı və ya YouTube linki
B Side:
Mahnı adı və ya YouTube linki
Qeyd edək ki, vinyl kəsimi xidməti ilə pressləmə xidməti fərqli proseslərdir və qiymətlər də buna uyğun olaraq dəyişə bilər.
Cover üçün istifadə olunacaq şəkil və dizayn fayllarının yüksək keyfiyyətdə olması tövsiyə olunur. Faylları bizə WeTransfer linki vasitəsilə göndərməyiniz xahiş olunur.
Dizayn təlimatlar yükləmə linki


