
Zahid Məmmədov – "Qarmon İfaları"
Barmaqların rəqsi – Zahid Məmmədovun qarmonu.
₼60.00
Azərbaycan qarmon sənətinin tanınmış nümayəndəsi Zahid Məmmədovun ifasında unudulmaz melodiyalar. Bu albomda milli rəqslərimizin ritmi, dinamikası və ruhu bir araya gəlib.
Əgər Avtandil İsrafilovun ifalarını sevirsinizsə, Zahid Məmmədovun bu nadir plastinkası da kolleksiyanızda mütləq olmalıdır. Ağ fon üzərində mavi naxışlarla işlənmiş zərif üz qabığı ilə bu nüsxə rəflərinizə xüsusi yaraşıq verəcək.

